FMCG nəhəngi eleketron ticarət satışlarının keçən il ərzində artdığını və ümumi satışlarının 9 faizini təşkil etmiş olduğunu açıqlayıb. Buna səbəb istehlakçıların evdə qalmasıdır. Qapanma tədbirləri nəticəsində, Unilever-in elektron ticarət biznesi onlayn tələbat üzərinə diqqəti cəmlədiyi üçün 2020-ci ildə satışları artıb. Elektron ticarət keçən il 61% böyüyüb və hal-hazırda Unileverin biznesinin 9%-ni təşkil edir.
2020-ci il maliyyə nəticələrini müzakirə etmək üçün 4 fevralda keçirilən investor görüşündə CFO Graeme Pitkaethly-nin dediklərinə əsasən elektron ticarət güclü performans göstərir və marketi geridə qoyur. Bundan əlavə o bildirib ki kompaniya tez bir zamanda resurslarını ev daxili istehlaka yönəldib və bunun nəticəsində satışlarını artıra bilib.
FMCG nəhəngi elektron ticarəti böyümənin aparıcı faktoru kimi görür və sürətli dəyişən istehlakçı davranışlarına uyğunlaşmaq məqsədilə müştərilərlə birbaşa əlaqəni gücləndirməyi nəzərdə tutur.
Bundan əlavə, Unilever hesabat verib ki 2020-ci ildə, 9.4 milyard dollar əsas gəlir üzərində 1.9% satış böyüməsi əldə edib.