Son günlər bəzi xəbər saytlarında “Veysəloğlu” şirkətində çalışan əməkdaşların iş saatı və əmək haqqı ilə bağlı tirajlanan iddialar tamamilə əsassızdır.
“Veysəloğlu” şirkətinin yaydığı məlumatda deyilir:
“Veysəloğlu” 25 ildən artıqdır ki, ərzaq və qeyri-ərzaq məhsulların idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan qeyri-neft sektrounun aparıcı şirkətlərindən biridir.
Ölkənin aparıcı qida şirkətlərindən və qeyri neft sektorunda mühüm işə götürən müəssisələrdən olan “Veysəloğlu” əməkdaşlar ilə qarşılıqlı münasibətlərin tənzimlənməsi prosesində daim Korporativ idarə etmə prinsiplərinə uyğun hərəkət edir, şirkət əməkdaşları əmək bazarında rəqabətə davamlı əmək haqları ilə təmin olunur və iş vaxtları əmək qanunvericiliyinə əsasən tənzimlənir.
Mənbə:Marja.az