Şimal-Qərb bölgəsinə xas olan fərqli ləzzətlər “Yurdumun ləzzəti” təşviq kampaniyası çərçivəsindəbir araya gətirilir. Nümayiş üçün növbəti istiqamətimiz İlisudur. Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə baş tutacaq bu layihədə siz, 19 yerli istehsalçının təqdim edəcəyi yerli aqro-ərzaq məhsulları ilə tanış ola bilərsiniz. Regiona xas kiçik kənd təsərrüfatı və sahibkarlığın inkişafına dəstək üçün hər birinizi bu sərgi-yarmarkada görməyə şad olarıq. Sərgi 11 sentyabr saat 16:30-da Qaxda, İçəribazarda, 12 sentyabr saat 16:30-da İlisuda, Səngər Qala otelində baş tutacaq. Giriş sərbəstdir.
