IGD araşdırma mərkəzi il ərzində inkişaf edəcək olan 5 gündəlik alış-veriş trendini açıqlayıb və onlar inanır ki əsasən bu trendlər gündəlik tələbat bazarını yönləndirəcək.
Araşdırma nəticəsində məlum olub ki gündəlik ehtiyaclar üçün alış-veriş tezliyi düşüb və bunun əvəzində marketlərdə alış-veriş zamanı müştərilərin səbətlərinin həcmi artıb.
ShopperVista-nın araşdırmasına görə bu il marketlərdə alıcılar pula qənaət etməyə daha çox diqqət edirlər və buna görə də pərakəndə satıcılar qiymətləri aşağı salmağa çalışırlar. IGD bildirir ki pərakəndə satıcılar tanıtım fəaliyyətini həyata keçirərək müxtəlif formalar arasındakı qiymət fərqlərini azaltmağa çalışır.
Alıcıların diqqəti isə ətraf-mühitlə bağlı narahatlıqlara yönəlib. Buna səbəb isə 2021-ci ilin Noyabrında keçiriləcək olan COP26, BM İqlim Dəyişikliyi Konfransıdır. Konfransda plastik materialların istifadəsini azaltmaq üçün təşəbbüslər dah çox ön plana çıxacaq.
Araşdırma həm də onu göstərib ki 2021-ci ildə post-pandemiya dövrünə uyğunlaşdırılmış yeni formatlarla tanış olacağıq.