“İnsanı yağlar deyil, şəkər öldürür. Şəkər orqanizmdə çox tez piyə çevrilir. Bu nə zaman baş verir? Fiziki aktivliyin azlığı zamanı”.
Bunu Rusiyanın məşhur Seçenov Universitetinin professoru, tibb elmləri doktoru, həkim-hepatoloq Aleksey Buyeverov kp.ru-ya bildirib.
Həmçinin professorun sözlərinə görə, tez mənimsənilən karbohidratlar (şəkər də onlara aiddir) qaraciyərdə piylərin yığılmasına səbəb olur ki, bu da qaraciyərin fəaliyyətini pozur, qaraciyərin distrofiyasına gətirib çıxardır.
Saglamolun.az bildirir ki, alimin sözlərinə görə, qidalanmada şəkərin artıqlığı piylənmə və piylənmə ilə bağlı olan bir çox xəstəliklərin və o cümlədən şəkərli diabetin riskini artırır.
Damarlarda iltihab yaradan şəkər onların əsas düşməni sayılır. Şəkərlə zəngin olan qidalanma ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir.
“Ən ziyanlı şəkər fruktozadır. Fruktoza şirin qazlı içkilərdə çoxdur. Həmçinin bir çox meyvələr fruktoza ilə zəngindir. Məsələn, yemiş, üzüm. Şirin meyvələrdən sui-istifadə etmək olmaz” – professor Buyeverov əlavə edib.
Mənbə:www.foodinfo.az