Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 3,5 faiz artıb.
2021-ci ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə isə 0,5 faiz azalıb (deflyasiya baş verib. Deflyasiya – mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin geriləməsidir).