“Nestlé”, qlobal şirkət olan “Carrefour” və “Loop” ilə ortaq şəkildə “Nesquik”, “Ricoré” və “Chocapic Bio” məhsulları üçün yenidən istifadə edilə bilən qablar təklif edəcəyini açıqladı.
İstehlakçılar kakao, qəhvə və hindiba içkisini və dənli məhsulları, təkrar istifadə edilə bilən paslanmayan polad qablarda əldə etmək üçün “Carrefour”-un elektron ticarət çatdırılma platforması vasitəsindən istifadə edə bilərlər.
“Nestlé” mütəxəssisləri, məhsulun rəfdə qaldığı müddətdə təzə və təhlükəsiz olmasını təmin etmək üçün yeni qabları sınaqdan keçirib.
İlin sonuna qədər məhsullar onlayn Paris və ətrafındakı 10 “Carrefour” mağazasında satışa təqdim ediləcək.
İstifadədən sonra boş qablar istehlakçının evindən toplanılır və ya istehlakçı tərəfindən mağazaya gətirilir. Daha sonra qablar təmizlənir, doldurulur və yenidən “Loop” platformasında təqdim olunur.
“Loop” platformasına üç yeni markanın əlavə edilməsi ilə “Nestlé”, iqqtisadiyyata böyük töhfə verməklə yanaşı, təkrar istifadə edilə bilən qablarla təbiətdəki çirklənmənin azalmasına az da olsa kömək etmiş oldu.