2021-ci ilin yanvar-mart aylarında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb.
Məlumata görə hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 25,8 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 24,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3 faiz, fərdi sahibkarlar üzrə 3,7 faiz artmış, bazar və yarmarkalarda isə 16,3 faiz azalıb.
Mənbə:Dövlət Statistika Komitəsi