Səmərəli istehsal bir çox şirkətlərdə xərclərin optimallaşması üçün seçilən konsepsiyadır. Bu konsepsiyanın məhzi vaxt aparan ancaq dəyər yaratmayan prossesləri ləğv eləmək və ya optimallaşdırmaq, digər tərəfdən isə dəyər yaradan prossesləri, “davamlı axın” prinsipi ilə düzüb, son istehlakçıya qədər prossesləri izləməkdir.
Yaponiyada məhşur olan “Just it time” səmərəli anbar ehtiyyatları konsepsiyasıdır.
Bəs görəsən Səmərəli Distribusiyanın özəllikləri nədədir?
Səmərəli yanaşma müştərinin ehtiyaclarını əsas götürür. Müştəri bu gün bizdən nə istəyir:
Ona lazım olanı, o istədiyi vaxt və yerdə, lazımi sayda və ağlabatan qiymətə almaqdır.
Səmərəli distribusiya itkilərin aradan qaldırılmasına diqqət yetirir: artıq yükləmələr, anbardan anbara mal daşınması, anbar ehtiyatlarının çoxluğu, sənəd dövriyyəsində lazımsız razılaşdırılmalar, xaotik marşrutlar. Bütün bu prosseslər diqqətə alınmalı, müvafiq menecerlər arasında bölünməli və optimallaşmalıdır.
Səmərəli Distribusiyanın üstünlükləri:
- Hər bir işçinin iş keyfiyyətinin və gəlirliyinin artırılması.
- İstismar xərclərinin azalması.
- Təchizatçılarla münasibətlərin yaxşılaşması.
- Mal, məlumat və maddi vəsaitlərin daha tez axınının təşkili.
- Işçi sayının artırılmaması ilə satışların artımı.
- Anbar ehtiyyatlarının azalması.
Səmərəli Distribusiyanın əsas qaydalarını aşağıdakı kimidi:
- Müştərilərin gözü ilə dəyər yaradan xidmətlər.
Təşkilatda müştərilər üçün vacib olan çox prosseslər var. Yalnız müştəriyə dəqiq nə lazım olduğunu bilən təşkilat məhsullarına əlavə dəyər yaradan prossesləri müəyyən edə bilər. Müştərilər üçün distributor tərəfindən yaradılan dəyər – məhsul assortimenti, otpimal qiymətlə, müəyyən olunmuş vaxtda lazımi sayda məhsulların çatdırılması. Misal üçün, əgər siz ayın axırı, satış planlarınızı yerinə yetirmək xətrinə müştərini qeyri likvid mallarla yükləmirsinizsə, bu onun üçün əlavə dəyərdir. Bu sizin rəqiblər qarşısında üstünlüyünüz ola bilər.
- Müştəri ilə fəaliyyətdə yaranan bütün prossesləri müəyyən edin və itkilərin qabağını alın.
İşin optimallaşması və itkilərin müəyyən olunması üçün ticarət nöqtəsi ziyarətindən malın çatdırılmasına qədər bütün prossesləri detallı təsvir edin. Bunun hesabına prosseslərin optimallaşması üçün imkanlar üzə çıxacaq. Misal üçün ticarət nöqtəsindən götürülən sifarişlə, çatdırılan malın arasındaki fərg bir qayda olaraq 10% təşkil edir. Bu itirilmiş satış faizidir. Bütün prossesi təhlil edin və problemi müəyyən edərək aradan qaldırın. Müştəriyə belə bir dəyər yaradın – ziyarət vaxtı götürülən sifariş 100% icra olunmur.
- İşlərin görülmə qaydasını elə qurun ki, onlar prosseslərin axınını yaratsın.
Prosseslər elə qurulmalıdır ki, fəaliyyət müddətində gözləntilər, boş vaxt itkisi və ya digər itkilər olmasın. Bu prosseslərin yenidən qurulmasını və yeni texnoloqiyaların tətbiqini tələb edə bilər. Bütün prosseslər, müştəri üçün əlavə dəyər yaradan hərəkətlərdən ibarət olmalıdır. Beləliklə, satış nümayəndələrin hərəkətidə bir qayda üzrə olmalıdır. Bizim hamımız qatarın vaxtında gəlməsini və göstərilən müddətdən artıq dayanmamasını istəyirik. Sizin müştərilərdə, satış nümayəndələrinin istənilən hava şəraitində vaxtında gəlməsini və onların nəzərdə tutduğu vaxtdan çox almamağını istərdilər. Sonradan ekspeditorunda eyni qayda ilə gəlməsini istəyirlər. Malların hissə hissə çatdırılmasıda, yəni bugün malım çatmadı, sabah qalanını gətirərəm təcrübəsi, Səmərəli Distribusiyanın əksinədir.
- Lazımsız fəaliyyətlərin azlaması hesabına daim təkminləşin.
Səmərəli distribusiya bir günə qurulmur. Bu davamiyyətli prossesdir və daim təkminləşməyə əsaslanır. Müştəri ilə fəaliyyəti sxemləşdirin: vaxtında ziyarət, tövsiyyəli sifariş, vaxtında çatdırılma kimi prosseslər 90 % effektivliklə icra olunmalıdır, anbar ehtiyyatlarının dövriyyəsi, ödəniş möhlətindən az olmalı, işçilərin ofis daxili fəaliyyəti ərazi fəaliyyətinin 20% çox olmamalı.
Bu kimi qaydalar Səmərəli Distribusiyanın təməlidir.